AZ   |   RU
SEPAH zabitləri öldürüldü - İranda etnik münaqişə qızışır


Mayın 14-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətində SEPAH qüvvələri ilə etnik bəluclar arasında silahlı qarşıdurma yaşanıb.

Missiya.Az
“Azad İran” kanalına istinadən xəbər verir ki, hadisə ilə bağlı sosial media kanallarında xəbər və videolar paylaşılıb.

Məlumata görə, qarşıdurma nəticəsində üç SEPAH üzvü və iki etnik bəluç ölüb, bir neçə nəfər isə yaralanıb. Öldürülən bəluçların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib.

Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.

Sistan və Bəlucistan əyalətinin polis idarəsinin rəisi Dostəli Cəliliyan silahlı qarşıdurmanın baş verdiyini təsdiqləyib. O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, İranın fars-molla rejiminə qarşı etirazların ən çox baş verdiyi bölgələrdən biri də sünni məzhəbli etnik bəlucların məskunlaşdığı Sistan və Bəlucistan əyalətidir. Göründüyü kimi İranın cinayətkar rejimi qeyri-fars əhaliyə qarşı təqibləri və repressiyaları davam etdirir. Fars mollalarının və onların cahil əlaltılarının törətdikləri cinayətlərə etiraz edənlər də şərlənərək edam edilir, ən yaxşı halda isə zindana salınır.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 15-05-2023, 14:16