AZ   |   RU
"Patriot" ZRK Ukrayna səmasını qoruyur - "Kinjal" hipersəs raketi məhv edildi


Ukrayna hərbçiləri Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” zenit-raket kompleksinin köməyi ilə vura bilib.

Missiya.Az xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder brifinqdə danışaraq, sözügedən məlumatı təsdiqləyib.

“Ukraynanın hazırlığına, inventarına və ya raketin ələ keçirilməsinə gəldikdə, mən onların “Patriot” raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder Ukrayna SQ-nin Hava Qüvvələrinin informasiyasını şərh edərkən deyib.

Xatırladaq ki, mayın 5-də Ukrayna hərbçilərinin Rusiyanın “Kinjal” hipersəs raketini zərərsizləşdirməsinə dair məlumat yayılmışdı.

Zərintac Mayisqızı
Missiya.Az




  • 10-05-2023, 10:50