AZ   |   RU
Terrorçu ermənilərin sosial şəbəkə təxribatlarından necə qurtulaq – Tövsiyələr


"Xaytarak'' radikal qruplaşması Azərbaycanda nümayəndələrinin olması görüntüsünü yaradaraq, Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.


Şəhidlər xiyabanında ermənilərə məxsus ''Xaytarak'' və ''Erməni Ari dövləti'' radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.

Bu təxribatın gerçəkləşməsi üçün təsadüfü şəxslər seçilib və onlar sadəcə tora düşüblər.

Rusiya əsilli İtaliya vətəndaşı olan Yana Gutselyuk saxlanılıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən Teleqramda turizm yönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan ''Baku Siti'' restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.

Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs Teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib, ona göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.

Maariflənməməyin kobud və ziyanlı nəticəsi. Ümumiyyətlə sosial platformaların daim təhlükə mənbəyi olmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, biz ünsiyyət qurduğumuz şəxsin hansı yuvanın quşu olduğunu bilmirik. Buna görə də, hər kəslə davranışlarımızda son dərəcədə qapalı olmalıyıq.

Xüsusən ermənilər və onlardan geri qalmayan başqa təxribatçılar həmişə milliyyətlərini və şəxsiyyətərini gizlədirlər. Ümumiyyəytlə, şəxsiyyəti gizlətmək şəxsiyyətsiziyə bərabər addımdır. Beləsi ilə qarşılaşcağınız təqdirdə onu nəinki bloka atmaq və bu barədə izləyiciləri xəbərdar etmək məqsədəuyğundur.

Əgər bacarırıqsa, belə şəxsiyyətsizlər barədə araşdırma da apara bilərik, üzləşdiyimiz vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanlarına, əsasən də DTX-ya məlumat vermək təsirli yanaşmadır.

Əgər bizə göndərilən şəkillər və digər materiallara nəzər yetirəndə dəqiqliyi ilə anlamırıqsa, bu barədə mütləq mütəxəssisə müraciət etmək doğru olar. Belə materialları açmasaq daha yaxşıdır, çünki virusların hücumuna məruz qalarıq.  

Bizimlə ünsiyyətdə seçilən mövzulara da diqqət kəsilək. Qarşı tərəf əsasən insanın, millətin həssas yerinə toxunur. Şəhidlər, Zəfər, qazilər mövzusunda edilən müraciətlər insanın hisslərini coşdura bilər, sadəcə həmin an unutmayaq ki, ermənilər, xüsusən də xaricdə yaşayan terror xislətliləri hələ də düşmənçilikdən əl çəkmirlər. Qorxaqlar ən rəzil üsullara əl atarlar. Erməni təxrtibatçılarının da üsulları bu dərəcədə iyrəncdir.  

Bakı, Azərbaycanın digər rayonları turistlər üçün əlverişli məkanlarla zəngindir. Yaxşı olar ki, ölkəyə gələn qonaqlara hava limanında bu mövzuda xəbərdaredicii bukletlər verilsin. Bukletlərin hazırlanmasında DTX-nın mütəxəssisləri, peşıkar proqramistlər, psixoloqların iştirakı vacibdir. Azərbaycanın qonaqpərvərliyindən istifadə etmə cəhdləri əlbəttə ki, ləyaqətsizlikdir. Ancaq hansı düşmən, hansı təxribatçı ləyaqətli olur? Heç biri. Qonaqlara ilk tövsiyə bu olmaldır ki, kim sizə gəldiyiniz ölkə ilə bağlı sual verilirsə, susmağınız daha məqsədəuyğundur.

Çəkdiyimiz mənzərələri seçərkən də ehtiyatlı olmaq vacibdir. Fonda elə binaların görüntüsü diqqət çəkər ki, təxribatçılar bu görüntülərdən məkrli məqsədlə isifadə edərlər.

Yaxşı olar ki, ixtisaslaşmış dövlət qurumlarının sosial şəbəkə səhfələrini yaxından izləyək. Orada kiberhücumların xarakteristikası, onlardan qorunmanın yolları barədə açıq və təsirli məlumatlar olur.

Qarşı tərəfin kimliyini dəqiq müəyyənləşdirçək üçün şablon suallar da hazırlana bilər. O sullaraın cavablarından istər-istəməz şəxsin kimliyi məlum olar.

Dövlətimizi eyni anda və birlikdə qorumaq vətəndaşlıq borcumuzdur.


Jurnalist Ekspert Mərkəzi 



  • 6-05-2023, 16:01