AZ   |   RU
Hulusi Akar ukraynalı nazirlə taxıl dəhlizi barədə danışıblar


Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı taxıl dəhlizinin maneəsiz fəaliyyəti ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, Müştərək Koordinasiya Mərkəzində görülən işlərdən məmnunluq ifadə olunub.


Zərintac Mayisqızı
Missiya.Az


  • 7-04-2023, 18:36