AZ   |   RU
Lavrov: Türkiyənin enerji təhlükəsizliyi güclənəcək

 

"Bu stansiyanın tikintisi Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək. 


Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Sergey Lavrov Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra birgə mətbuat konfransında Akkuyu Atom Elektrik Stansiyasının tikintisindın danışsarkən deyib.


Həmkarı Çavuşoğlu ilə ikitərəfli və beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etdiklərini qeyd edən Lavrov, iki ölkə arasındakı münasibətlərdə səmərəliliyin liderlər arasındakı səmimiyyətdən qaynaqlandığını bildirib.


"Bugünkü görüşdə əlaqələrimizin lokomotivi olan layihələrdən danışdıq. Xüsusilə, Akkuyu Atom Elektrik Stansiyasının yaradılmasından danışıldı. Bu stansiyanın tikintisi Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək. Bu münasibətlə mən Aprelin 27-də stansiyanın birinci blokuna nüvə enerjisi göndərəcəyimizi ifadə etmək istərdim. Türkiyədə qaz mərkəzi yaradılacaq”.


Lavrov, həmçinin Türkiyənin heç olmadığı kimi bir zəlzələ fəlakəti ilə üzləşdiyini və Rusiyanın ilk yardım əlini uzadan ölkələrdən biri olduğunu vurğulayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 7-04-2023, 16:00