AZ   |   RU
Si Cinpin Makronu Pekində ABŞ-a qarşı çıxmağa çağırıb - “Reuters”

Çin lideri Si Cinpin Pekinə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronu ABŞ-a qarşı ayağa qalxmağa çağırıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.


Bildirilir ki, Pekin Fransanı Avropada mümkün müttəfiqlərdən biri hesab edir, ona görə də Makronu dəbdəbəli şəkildə qəbul ediblər. 


Mənbənin sözlərinə görə, Si Cinpin Fransa prezidentini Avropada ən yaxın müttəfiq hesab edir və onunla gələcəkdə ABŞ-a “müxalif” olmaq üçün koalisiya yarada bilər.


“Makron Çinə səfəri zamanı məqsədinə nail ola bilməyib. Si Cinpin Ukraynadakı müharibə və Rusiyaya dəstək barədə ritorikasını dəyişməyib”, - deyə məlumatda vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 7-04-2023, 15:50