AZ   |   RU
“İsrail rəhbərliyi hücumları dərhal dayandırmalıdır” – Hulusi Akar

“İsrail Ramazan ayında müsəlmanların da müqəddəs məkanı olan Məscidül-Əqsaya daxili siyasi səbəblərə görə vəhşicəsinə hücum etdi”.


Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.


Akar bildirib ki, müsəlman dünyasından gələn sıx reaksiyalara baxmayaraq, İsrail şiddətin dozasının artırmağa davam edir.


"İsrail dötən gecə Qəzza zolağına qarşı qeyri-mütənasib güc tətbiq edərək, ayrıseçkilik etmədən hücumlar həyata keçirdi. Biz İsrailin bu hücumlarını şiddətlə qınayır və pisləyirik. İnsan haqlarını və ümumbəşəri dəyərləri göz ardı edən bu təcavüzkar münasibət bölgədəki gərginliyi artırır. İsrail administrasiyası bölgədə xaosu daha da artıracaq bu hücumları dərhal dayandırmalıdır”, - deyə türkiyəli nazir bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 7-04-2023, 15:36