AZ   |   RU
“Rusiya Türkiyədəki seçkilərə qarışmır” - Lavrov

“Rusiya Türkiyədə keçirilən prezident və parlament seçkilərinə müdaxilə etmir”. 


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.


"Rusiya Federasiyası heç vaxt daxili işlərə, hətta seçki kampaniyaları ərəfəsində konkret ölkədə gedən müzakirələrə qarışmır. Biz həmişə demokratik prosedurlar həyata keçirən ölkələrin qanunvericiliyinə hörmətlə yanaşırıq. Bu, hər bir ölkənin suveren məsələsidir. Türkiyə Respublikası inkişaf etmiş demokratik ölkədir”, - deyə siyasətçi vurğulayıb.


Lavrov bildirib ki, ABŞ, öz növbəsində, yüksək səslə seçkilərlə bağlı və heç bir seçki keçirmədən, müxtəlif ölkələrə nə etməli olduqlarını söyləyir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 7-04-2023, 15:25