AZ   |   RU
İranın anormal notası - Molla rejiminin növbəti həyasızlığı


İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Bu barədə İran mediası məlumat yayıb.

Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib:

“İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.

Əlbəttə, İranın bu sayaq davranışında təəccüblü heç nə yoxdur. Yürütdüyü siyasət həyasızlıq üzərində qurulubsa, hər gün öz media orqanlarında Azərbaycan dövləti və xalqına qarşı əxlaqsız davranışlara yol verən Molla rejiminin Azərbaycan mediasının haqlı mövqeyini əxlaqsızlıq kimi qiymətləndirməsində təəccüblü nə ola bilər ki?.. Mollalar anlamalıdırlar ki, Azərbaycan mətbuatı öz dövlətinin maraqlarını müdafiə edir və dövlətinə, xalqına qarşı düşmən mövqeyində durub, məkirli sitasət yürüdənlərə layiq olsuqları cavabı verir. Medianın İrana münasibəti isə  təbii olaraq daha sərtdir və bunun günahını Tehran özündə axtarmalıdır. İşğalçı Ermənistana, müsəlman ibadətkahlarında uzun illər donuz saxlayanlara qucaq açıb, onları dodaqlarından öpən, Azaxərbaycan dövlətinə və xalqına potoloji nifrət bəsləyən bir ölkənin rəsmilərinə media hansı münasibəti göstərməlidir? qulsqlarında sırğa etsinlər Haqq etdiklərini oxuyurlar!  hədələrini və xəbərdarlıqlarını özlərinə saxlasınlar.

Digər tərəfdən,  İranın Azərbaycana nota verməsi mexanizmi də aydın deyil.

- Protokola uyğun olaraq diplomatik notalar həftənin iş günləri göndərilir. İran şənbə gününü seçib .

- Tehranda Azərbaycan səfiri yoxdur, səfirlik işləmir. İranlılar nota necə göndərdilər?

- Azərbaycanda Tehrandakı molla rejimindən fərqli olaraq mediada plüralizm hökm sürür. Üstəlik, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar Arazın həm butərəfindəki, həm də o biri tayındakı milyonlarla azərbaycanlının fikrinə uyğundur. 

Missiya.Az



  • 2-04-2023, 12:25