AZ   |   RU
Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edib

Martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.


Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.


İki ölkə liderləri Ukraynadakı durumu müzakirə ediblər.


R.T.Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.


O qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.



  • 25-03-2023, 15:30