AZ   |   RU
Ruslan Lunyov Dünya Kubokunda gümüş medal qazanıb


Hindistanda keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan atıcımız Ruslan Lunyov gümüş medal qazanıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, o, pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada ikinci olub.

Qeyd edək ki, yarışın qalibi adını hindistanlı Sarabjot Sinq qazanıb. Bürünc medalı da onun həmyerlisi Varun Tomar əldə edib.



  • 22-03-2023, 20:32