AZ   |   RU
Matvienko: “Rusiya BMT ilə taxıl sazişinin təminatları məsələsində əməkdaşlıq edəcək”

“Rusiya BMT ilə taxıl sazişinin bütün öhdəliklərinə və zəmanətlərinə əməl olunması məsələsində əməkdaşlıq edəcək”.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bəyan edib.


“Biz həqiqətən də xoşməramlı jest etdik - sövdələşməni 60 günə uzatdıq. Lakin bu 60 günü bütün maneələri aradan qaldırmaq, heç bir problem olmadığını bəyan etmək üçün deyil, faktiki olaraq həll etmək üçün istifadə etməliyik. Biz BMT ilə əməkdaşlıq edəcəyik ki, sonda onlar öz iradələrini göstərsinlər və verdikləri öhdəlikləri və təminatları yerinə yetirsinlər”, - deyə o vurğulayıb.


Qeyd edək ki, Ukraynadan ərzaq ixracı ilə bağlı müqavilələr ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb və noyabrda həmin müddətə uzadılıb. Sazişlərdən biri Kiyevin Odessa, Çernomorsk və Yujnı limanlarından taxılın ixracı prosedurunu tənzimləyir.


Bundan əlavə, Moskva ilə BMT arasında Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün dünya təşkilatının öhdəliklərini nəzərdə tutan memorandum imzalanıb. Rusiya tərəfi sazişin ikinci hissəsinin yerinə yetirilmədiyini bəyan edib.



  • 16-03-2023, 23:36