AZ   |   RU
Naxçıvanda tibbi aksiyalar keçirilib


Babək rayonunun Vayxır və Ordubad rayonunun Gənzə kəndlərində humanitar tibbi aksiyalar təşkil olunub. Aksiyadan 294 sakin yararlanıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, tibbi aksiya “Heydər Əliyev ili” tədbirləri çərçivəsində terapevt, nevropatoloq, kardioloq, pediatr, oftalmoloq, ginekoloq və digər ixtisaslı həkimlərin iştirakı ilə təşkil edilib.

Gün ərzində davam etdirilən humanitar aksiya çərçivəsində Vayxır kəndində 186, Gənzə kəndində isə 108 sakin tibbi prosedurlardan yararlanıb, müvafiq müayinə və müalicələr aparılıb.

Müayinədən keçən 12 azyaşlı uşaq dispanser qeydiyyatına alınıb.

  • 24-02-2023, 21:56