Türkiyənin Sivas şəhərində daha bir zəlzələ olub.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu badədə AFAD məlumat yayıb.
"Sivasda 4.7 bal gücündə zəlzələ qeydə alınıb", - məlumatda deyilir.
fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.