Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə rusiyalı həmkarına təşəkkür edib.
Bundan əlavə o, Rusiya-Ukrayna müharibəsində daha çox insan ölümü və dağıntılar olmadan ədalətli sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın canlandırılmasını istədiyini və hər cür töhfə verməyə hazır olduğunu bildirib.