AZ   |   RU
Mikayıl Cabbarov Özbəkistan-Azərbaycan forumunda iştirak edəcək

Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

Tədbirdə Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edəcək.

Bildirilib ki, tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşləri keçiriləcək.

  • 23-02-2023, 18:12