AFFA “Zirə” və “Sabah” klubunun U-17 komandasının bir futbolçusunu dalaşdığı üçün cəzalandırıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar İntizam Komitəsinin bu gün keçirilən iclasında məlumat yayılıb.
Xoşagəlməz hadisə U-17 Liqasında “Sabah” – “Zirə” oyununun 75-ci dəqiqəsində yaşanıb. “Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə alıb. Həmçinin, “Sabah”ın üzvü Riyad Süleymanov da analoji addımına görə meydançadan qovulub.
Bu davranışlarına görə, hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.