AZ   |   RU
İndi bizim ən yaxşı diplomatlarımız - əsgərlərimizdir - Ukrayna rəsmisi


Hazırda Ukrayna ilə Rusiya arasında danışıqlar mümkünsüzdür. İndi bizim ən yaxşı diplomatlarımız - əsgərlərimizdir.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, işğal altında olan ərazilər üzrə nazir İrina Vereşuk “El Periodico” qəzetinə müsahibəsində bildirib.

Baxmut şəhərini hələ də tərk etməyən dinc sakinlərin təhlükə altında olduğunu vurğulayan İrina Vereşukun sözlərinə görə, hakimiyyət orqanları əhalini təxliyə etmək istəsə də, qanun onları zorla çıxarmağa və valideynlərinin yazılı razılığı olmadan uşaqları aparmağa imkan vermir. Nazir, həmçinin müharibənin 2023-cü ilə qədər bitəcəyinə ümidvar olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı 2022-ci il oktyabrın 4-də qüvvəyə minib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 23-02-2023, 17:18