AZ   |   RU
İlham Əliyevin Münxendə təməlini qoyduğu tarixi prosesin əbədi sülhə keçid mərhələsi - Şərh

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfrasında iştirak etmək üçün Almaniyaya səfər edib. Konfrans 17-19 fevral tarixləri arasında baş tutacaq. Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell, Avropa Parlamentinin rəhbəri Robert Metsola və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və başqalarının da iştirakı gözlənilir.

Münhen Təhlükəsizlik konfransı hər il keçirilir və dünyanın əsas diqqət mərkəzində dayanır. Burada dünya liderləri əsasən qlobal problemləri və çıxış yollarını müzakirə edirlər. 

Builki sessiyaya əvəlkilərlə müqyisədə daha az sayda dövlət başçısı dəvət olunub. İlham Əliyevin dəvətlilərdən olması bir daha göstərir ki Azərbaycan prezidenti dünya üçün xüsususi çəkiyə malik əhəmiyyətli liderdir.

Prezident İlham Əliyevin Münxendə bir sıra rəmi şəxslərlə və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Məlumatlara görə, Cənubi Qafqazda təhlükəsizlik mövzusunda müzakirəyə  Ermənistanın baş naziri Nikol Paşinyan dəvət edilsə də o, iştirakdan imtina edib Çox ehtimal ki Paşinyan 2020-ci ilin fevralında yaşadığı rüsvayçılığın bənzərini yaşamaq istəmədiyi üçün bu addımı atıb. Görünən odur ki. Paşinyan lham Əliyevin qarşısına çıxmağa cürət etmir.

Xatırladaq ki, 2020-ci fevral ayında Münxende İlham Əliyev və Paşinyan arasındakı debat zamanı dövlət başçısının Qarabağ Azərbaycandır! (Nida) deməsi tarixi ədalətin bərqarar edilməsinə açılmış bir pəncərə oldu. Və beləliklə həmin ilin sentyabrında başlanan əks hücum zamanı Azərbaycan ordusu öz torpaqlarını düşmən işğalından azad etdi. Builki sessiya zamanı ölkə prezidentinin həmin sessiyada iştirakının əsas məqsədlərindən biri də bölgədə sülhün bərqərar olunmasıdır. İlham Əliyev hazırda bütün gücünü səfərbər edərək bölgəmizdə sülhün və əminamanlığın bərqərar olunmasına çalışır. Və inanırıq ki, dövlət başçısının başlatdığı bu proses uğurla başa çatacaq!


Daşqın Həsənov
Missiya.Az


  • 18-02-2023, 14:23