AZ   |   RU
Stoltenberq Kuleba və Borrell ilə görüş keçirəcək


Fevralın 21-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa diplomatiyasının rəhbəri Xosep Borrell ilə birgə görüş keçirəcək.
 
Missiya.Az
Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Alyansın  Brüsseldəki mənzil-qərargahında görüşəcəklər.

Qeyd edək ki, Stoltenberqin Kuleba və Borrell ilə danışıqlarının mövzusu dəqiqləşdirilməyib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 17-02-2023, 16:46