“Vaşinqton administrasiyası Baltikyanı ölkələrə qarşı təhdidlərin qarşısını almaqda qərarlıdır və bu dövlətlərin azadlığını, suverenliyini təmin etməyə sadiqdir”.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Estoniyanın paytaxtı Tallində keçirilən mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
“Biz ümumi təhlükəsizliyimizə hər hansı təhdidin qarşısını almaq və ondan qorunmaq əzmindəyik və bununla bağlı sizinlə həmrəyik”, - o deyib.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Baltikyanı ölkələrdə dayanıqlı rotasiya iştirakını qoruyacaq.
ABŞ-ın müdafiə naziri vurğulayıb ki, NATO alyansın şərq hissəsində müdafiə imkanlarını gücləndirir.