AZ   |   RU
Batabatda qarın hündürlüyü yarım metrə çatır


“Naxçıvanda, Batabat gölü ətrafında qar örtüyünün hündürlüyü 30-50 sm arasında dəyişir. Ərazidə havanın temperaturu -13 dərəcədir”.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Batabat gölü ərazisində qarölçmə işləri həyata keçirilib. Məqsəd Naxçıvanın su ehtiyatlarını qiymətləndirməkdir.

  • 16-02-2023, 19:55