Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, 10 101 nəfər vəfat edib, aktiv xəstə sayı 120 nəfərdir.
Ölkədə son sutka ərzində 1 480, hazırkı dövrədək isə 7 510 900 test aparılıb.