Gəncədən Türkiyəyə növbəti humanitar yardım karvanı göndərilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, toplanan yardımlar Türkiyənin Gəncədəki Baş Konsulluğunun xətti ilə 7 TIR-la bir qədər əvvəl yola salınıb. Yardımlar Neftçala, Salyan, Saatlı, Hacıqabul, Masallı, Qusar, Ağsu, Şamaxı, İsmayıllı, Qobustan, Siyəzən, Xızı, Şabrandan göndərilmiş ümumilikdə 70695 kq yükdən ibarətdir.
Qardaş ölkəyə göndərilən dördüncü karvanla əsasən generatorlar, isidicləri, yorğan-döşək, çarpayılar, geyim, ərzaq və tibbi ləvazimatlar göndərilib.
Ötən həftənin sonundan başlayaraq Gəncədəki yardım toplama mərkəzindən ümumilikdə 33 TIR humanitar yardım qardaş ölkəyə göndərilib. Yardımlar şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərin təşəbbüsü ilə toplanıb.