AZ   |   RU
Türkiyə Prezidenti İsrail XİN başçısını qəbul edib
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.

Missiya.Azreport-a istinadən xəbər verir ki, bu barədə İsrail XİN başçısının tviter səhifəsində bildirilib.

Məlumata görə, görüşdə Qəzza zolağında vəziyyət, HƏMAS-ın əlində olan İsrail əsgərinin meyitinin qaytarılması və İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, Eli Kohen Türkiyədə baş verən zəlzələnin nəticələrinn aradan qaldırması çərçivəsində Türkiyəyə səfər edib.



  • 14-02-2023, 16:54