"Prezident İlham Əliyevin tapşırığı ilə göndərilən təcili tibbi yardım qrupu da Kahramanmaraşda zəlzələ baş verən ərazidədir. Səhra xəstəxanası quruldu. Bir az öncə onları da ziyarət etdik".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
"40-dan çox personal, həkimindən tibb bacısına kimi bütün tibbi avadanlıqlarla birgə xidmət göstərirlər. Bu günə çox sayda vətəndaşımızı müayinə ediblər. İndi ən vacib ehtiyacımız olan şey çadır, konteyner və onlarda işlədiləcək ləvazimatlardır", - nazir əlavə edib.