AZ   |   RU
“Yanvar ayında Ukrayna 6500-dən çox hərbçisini itirib” - Şoyqu

"Rusiya qoşunlarının qrupları həm çatdırılma yollarında, həm də döyüş mövqelərində Kiyevə verilən bütün silah və texnikanı məhv etməyə davam edir”. 

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Qərb ölkələrinin misilsiz hərbi yardımına baxmayaraq, düşmən ciddi itkilər verir.

Onun sözlərinə görə, yanvar ayında Ukrayna 6500-dən çox hərbi qulluqçusunu, 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və 40 reaktiv yaylım atəşi sistemli döyüş maşını itirib.


Daşqın Həsənov
Missiya.Az


  • 7-02-2023, 15:05