AZ   |   RU
Sabunçuda 26 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda 26 yaşlı qadını avtomobil vurub.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Züleyxa Oleq qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • 4-02-2023, 10:16