AZ   |   RU
Şöbə rəisi: “DİN vətəndaşların bütün müraciətlərinə reaksiya verir”


“Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik reaksiya verilməklə yanaşı, qaldırılan bütün məsələlər yoxlanılır”.

Missiya.Az xəbər veir ki, bunu “Hüququnuz var” verilşində Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bəzən vətəndaşın müraciəti ilə bağlı bir idarə, şöbə yox, bir neçə idarə və şöbə məşğul olur:
“Yəni, tapşırıq belədir ki, vətəndaş niyə narazıdır? Vətəndaşın qayğısı nədir? Həmin qayğılandıran hal haradan yaranıb? Bu problemləri ortaya çıxarıb, həll olunması qarşımıza əsas vəzifə kimi qoyulub”.


  • 26-05-2021, 16:04