AZ   |   RU
Netanyahu ilə Blinkenin görüşündə İranla bağlı ortaq qərar qəbul olundu

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə iki ölkənin İrana qarşı müttəfiqliyinin gücləndirilməsi və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün tədbirləri müzakirə edib.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Netanyahu Qüdsdə Blinkenlə görüşdən sonra məlumat verib.

“Düşünürəm ki, bu rejimin nüvə silahı almaması ilə bağlı ümumi razılıq var. Ümumi siyasətin işlənib hazırlanması və təhlükəni neytrallaşdırmaq üçün birgə işləmək barədə gözəl söhbətimiz oldu",- deyə siyasətçi vurğulayıb.

Netanyahu qeyd edib ki,  bizim siyasətimiz İsrailin imkanları daxilində hər şeyi etməkdir ki, İranın nüvə silahına sahib olmasın.


Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 23:26