Erməni mediasında Azərbaycan-Ermənistan dövlət sərhəddinin delmitasiya prosesi ilə bağlı müxlətif xəbərlər dərc olunur. İddia olunur ki, Ermənistan hakimiyyətindəki bəzi qüvvələr Qazaxın 7 kəndinin Azərbaycana təhvil veriləcəyini fürsət bilərək ərazidəki meşə zolağını sürətlə məhv edir.
Missiya.Az xəbər verir ki, bu barədə "Pastark" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
Voskepar kəndi (Əskipara ) yaxınlığında ağac kəsimi aparılan ərazilərin xəritəsi də yayılıb. Məlumatda bildirilir ki, ağacların kəsilməsi ilə bağlı əmr dövlət strukturları tərəfindən verilib. Məqsəd isə kəndləri təhvil verməzdən əvvəl maddi gəlir əldə etməkdir.

Həmçinin erməni QHT rəhbəri İrina Danielyan Qaragöl gölü yaxınlığında baş verənlərlə bağlı status paylaşıb. O bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin ölkə ərazisində olmadığını desə də, Qaragöl gölünə yaxın ərazilərdə 1000 nəfərdən çox Azərbaycan əsgərinin olduğu dəqiqdir.
Elvin
Missiya.Az