"Avropa İttifaqı Ukraynada uzunmüddətli müharibəyə hazırdır və Kiyevə nə qədər lazımdırsa, onu dəstəkləyəcək".
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström bildirib.
"Rusiyanın bizi parçalamaq cəhdlərinə baxmayaraq, Avropa İttifaqı daxilində və Atlantika boyunca birlik güclü olub. Aİ Ukraynanın yanında olmağa davam edəcək, lazım gəldikdə siyasi, iqtisadi, hərbi və humanitar dəstək verəcək", - Billström deyib.
O, həmçinin əlavə edib ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcək.