Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.Bu barədə
Missiya.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Ölkədə bu günədək ümumilikdə 826 462 nəfər COVID-19-a yoluxub. Onlardan 816 054 nəfər müalicə edilərək sağalıb, 10 008 nəfər vəfat edib.
Hazırda aktiv xəstə sayı 400 nəfərdir.
Son gündə 973, bu günədək 7 433 695 test aparılıb.