AZ   |   RU
Nikol Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib
 
"Mən və ailəm ölkədən qaçmayacağıq".

Missiya.Az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarları qarşısında çıxış edərkən söyləyib.

N. Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: “Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

"Bizim haqqımızda pis və ya yaxşı düşünürsünüz - fərq etməz. Biz qardaşıq", - o mitinqdə bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb.

  • 25-02-2021, 15:11