AZ   |   RU
 "İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində ilin son yarışı keçirilib


"İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində keçirilən və dövlətimiz üçün uğurla başa vuduğumuz 2022-ci il “Şuşa ili”nin başa çatması münasibətilə, eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq yeniyetmələr arasında növbəti stolüstü tennis yarışı keçirilmişdir.
Təşkilatçısı BrendSport.az saytı və Bas sponsoru “İydə parfum” olan turnir 30 dekabr 2022-ci il tarixdə keçirilib. "İlhamlı Qələbələr" adlı festivalın builki son turnirində 27 yeniyetmə idmançı iştirak edib.

Missiya.Az
xəbər verir ki, turnirin açılışından əvvəl respublikamızın Dövlət himni səsləndirilib. Sonra yarışın aparıcısı və təşkilatçılarından olan Nuranə Andronovna açılış sözünü layihə rəhbəri Bəhruz Səmədova verib. Bəhruz Səmədov çıxışı zamanı son illərdə dövlətimizin idman sahəsində uğurlarından və müasir Azərbaycaının qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında danışıb.

Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən başladılan uğurlu siyasət bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.

B.Səmədov “Şuşa ili”nin dövlətimiz üçün düşərli olduğunu diqqətə çatdırıb və “Heydər Əliyev İli”nin daha da uğuru olacağına əminliyini ifadə edib.
Layihə rəhbəri onu da vurğulayıb ki, bu gün əldə olunan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Əldə olunan bütün nailiyyətlərə görə, prezdent cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Çıxışdan sonra turnirin iştirakçıları ilə birlikdə tort kəsilib və turnir açıq elan edib.

Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib. Oyunlar olimpiya sistemi üzrə (uduzan oyunu tərk edir) sistemi ilə keçrilib.

Gərginliyi ilə yaddaqalan turnirin sonunda qaliblər müəyyənləşib.

Oğlanlar arasında 1-ci yeri Məhəmmədəli Səmədzadə, 2-ci yeri Huseyn Səmədzadə, 3-ci yerləri Huseyn Kəlbiyev və Əziz Baloğlanov tutublar.
Qızlar arasında isə 1-ci yeri Zəhra Rəhimova, 2-ci yeri Nuray Feyzullayeva, 3-cü yeri isə Doğan Rümeysa Yarən və Məryəm Heybətova tutublar.
Tədbirin ən fəal idmançıları isə Doğan Məhəmməd Enes, Huseyn Əliyev, Bəşirzadə Vüsal , Kəlbiyev Əbülfəz, Nihat Baloğlanov, Əli İsmayılov və Hüseyn İsmayılov olublar. Ən kiçik yaşda fərqlənən idmançıları isə İsmayılov Elsəvər və Doğan Emrecan olmuşdurlar.

Qaliblərə, Fərqlənənlərə BrendSport.az saytı adından diplom və medallar, eyni zamanda Baş sponsor və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bir daha xatırladaq ki, tədbirin Baş sponsoru “İydə parfüm”, sponsorları isə “Natural halı”, “Scallezioni” kişi geyimləri brendi, "Dübrar" suları “Retro-Ansar” ət məhsulları, "Bambi" kaloniyaları, “Sonna Cake House” şirniyyat evi və “Patron” tumları olub.

Sonda tədbirin layihə rəhbəri Bəhruz Səmədov bütün iştirakçılara sponsorlar tərəfindən ayrılan hədiyyələrini təqdim edib.

  • 1-01-2023, 20:31