AZ   |   RU
Mikayıl Cabbarov: "Naxçıvanın Türkiyə və İranla sərhəddinin olması əlavə imkanlar açır"

"Naxçıvanın Türkiyə və İranla sərhəddinin olması iş adamları, ticarətimiz və iqtisadiyyatımız üçün əlavə imkanlar açır və biz bu imkanlardan tam istifadə etmək niyyətindəyik".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV telekanalına müsahibəsində deyib.
Bununla yanaşı, onun sözlərinə görə, Naxçıvanın özününü daxili fəaliyyətinindən əldə edilə bilən gəlirlilik səviyyəsi, yeni müəssisələrin yaradılması potensialı kifayət qədər yüksəkdir.

"Yanvar ayında Naxçıvanda fəaliyyət göstərən və yaşayan sahibkarların, eyni zamanda burda fəaliyyət göstərməkdə maraqlı olan iş adamlarının və aiddiyyəti dövlət qurumları ilə birgə 1 günlük xüsusi tədbir keçiriləcək.

Bu tədbirdə həm movcud imkanların diaqnostikası və təqdim edilməsi, həm sahibkarların qarşılaşdığı çətinliklər, həm mövcud imkanlar və gələcəkdə, xüsusən Naxçıvanda tətbiq edilə biləcək dəstək alətləri barədə fikir mübadiləsi aparılacaq və onun əsasında fəaliyyət planın həyata keçirilməsində maraqlıyıq", - M.Cabbarov bildirib.



  • 30-12-2022, 17:17