AZ   |   RU
Hulusi Akar və Hakan Fidan Rusiyaya gedib
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, onlar bir sıra rəsmi şəxslərlə görüşəcəklər.

Məlumata görə, görüşlərdə Suriya məsələsi geniş müzakirə olunacaq. Bundan başqa, Ukrayna ilə Rusiya arasındakı müharibə və digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

  • 28-12-2022, 19:05