Dövlət Ekoloji Ekspertiza Agentliyi ictimai dinləmə keçirib.
Missiya.Az xəbər verir ki, dinləmə Bakı şəhərində fəaliyyət göstərən tikinti şirkətlərinin, dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə olub.
Tədbirdə tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məsələləri müzakirə olunub.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunaraq yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.