"Gürcüstanın Avropa İttifaqına daxil olması birbaşa keçmiş prezident Mixail Saakaşvilinin işi ilə bağlıdır".
Missiya.Az "UNİAN"a istinadən xəbər verir ki, bunu Polşadan olan, Avropa Parlamentinin deputatı Jacek Sariush-Volski özünün "tviter" hesabında yazıb.
Volski bildirib ki, Saakaşviki həbsdə ölərsə, Avropa Parlamenti Gürcüstanın birliyə daxil olmasını dəstəkləməyəcək.
"Saakaşvili işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında paralellər prinsipial əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Eks-prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın İttifaqa daxil olmasını dəstəkləməyəcək", - deyə deputat vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az