"Rusiya estradasının super ulduzu, müğənni Alla Puqaçova Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir".
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya telekanalının "Görüş yeri" proqramının efirində təhlükəsizlik məsələləri və korrupsiya ilə mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin deyib.
"Borodin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən digər məşhur rusların da adlarını çəkib. Borodin rep ifaçısı Morgenstern və videobloqer Yuri Dudunun da adını çəkərək onları casusluqda ittiham edib", - deyə bildirilir.
“Bizdə olan məlumata görə, bu şəxslər Qərb kəşfiyyat orqanlarında işləyirlər”, - deyə rusiyalı siyasətçi vurğulayıb.
Borodin qeyd edib ki, Puqaçovanın Qərb ölkələri ilə əlaqəsini təsdiq edən rəsmi sənədlərin ortaya çıxmasını gözləyirəm. “Bir az gözləyin, biz sizə Alla Puqaçova, Morqenştern və Dudun haqqında bütün həqiqətləri deyəcəyik. Bu insanlar bu illər ərzində Rusiyada kimə işləyirdilər və ölkəmiz üçün çətin bir zamanda niyə qaçıblar? Ümid edirəm ki, hamınız bunun bir səbəbə görə deyildiyini anlayırsınız”, - deyə rusiyalı siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az