AZ   |   RU
Gəncədə şəhid övladları üçün Yeni il şənliyi keçirilib

Gəncədə şəhid övladları üçün Yeni il şənliyi keçirilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, bağça müdirləri iştirak ediblər.

Tədbirə Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan 122 nəfər şəhid övladı və onların ailə üzvləri qonaq qismində qatılıb.

Bayram şənliyində məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri müxtəlif kompozisiyalarla çıxış ediblər.

Musiqi nömrələri, səhnəciklər və rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri təqdim olunub.


  • 26-12-2022, 18:30