"Dünya ictimaiyyəti "işləməyən sanksiyalar"
əvəzinə, İranın silah zavodlarını məhv etməyə başlamalıdır".
Missiya.Az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "tviter" hesabında yazıb.
Podolyak bildirib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır.
"Rəsmi Tehran bununla bütün beynəlxalq sanksiyalar institutunu alçaldır. “İşləməyən sanksiyalar” və "BMT qətnamələri” anlayışından imtina edərək daha dağıdıcı vasitələrə - istehsal müəssisələrinin dağıdılmasına keçmək daha vacibdir”, - deyə ukraynalı siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az