"Ötən axşam Ermənistan futbol topu idi. Moskvadan, Bakıdan, Parisdən bizə dedilər ki, belə davam etsəniz, pis olar. Ötəm gün axşam saatlarında bizi hədələdilər və alçaltdılar".
Missiya.Az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın "Alternativ layihələr" qrupunun üzvü Vahe Hovhannisyan deyib.
Hovhannisyan bildirib ki, ötən axşam Lavrov bizi danışıqlardan yayınmaqda ittiham etdi.
"Hazırda Ermənistan hökuməti birtərəfli qərarlar qəbul edən və heç kimə cavabdeh olmayan bir şəxsdən ibarətdir. İnsana, cəmiyyətə, dövlət institutlarına və digər anlayışlara əhəmiyyət vermir. Bu, başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar kobud səhvlərin yüksək riskini nəzərdə tutur. Bir ruh bütün dövlətin, vətənimizin, gələcəyimizin, ailələrimizin taleyini həll edir. Bu son dərəcə kəskin problemdir", - deyə erməni siyasətçi vurğulayıb.
Hovhannisyan qeyd edib ki, biz bomba üzərində oturmuş bir ölkəyik: "Hökumətin son iclasında verdiyi bəyanatdan məlum oldu ki, Azərbaycan və Türkiyədən sonra biz indi Rusiya ilə qarşıdurmaya giririk. Aydındır ki, diplomatik yolla yanlış seçilmiş məqamda qeyri-diplomatik dildə, kanallar vasitəsilə Rusiyaya qarşı irəli sürülən ittihamlar cavabsız qalmayacaq. Təbii ki, cəmiyyətin müxtəlif təbəqələri həyəcanlanacaq, onlar nəhayət, “günahın ruslarda olduğunu anlayacaqlar” və beləliklə, əl-ələ verərək, dövlətçiliyə qarşı populizmin təntənəsi davam edəcək", - deyə Hovhannisyan bildirib.
Daşqın Həsənov
Missiya.Az