AZ   |   RU
"Putin məni həbsxanada öldürməyi əmr etdi" - Saakaşvili

"Rusiya prezidenti Vladimir Putin məni zəhərləyərək öldürmək istəyib".

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktubunda yazıb. 

Bildirilir ki, Saakaşvili Putinin göstərişi ilə zəhərləndiyini iddia edib.

"Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi. Amerikalı toksikoloqlar açıq şəkildə bildirdilər ki, mən həbsxanada zəhərlənmişəm və bu, bütün simptomlarıma səbəb olub. Mən dözməyə çalışıram”, - deyə Saakaşvili vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 24-12-2022, 21:08