FIFA Qətərdəki dünya çempionatında Fransa və Argentina yığmaları arasında keçirilmiş final oyunundan sonra meydançaya daxil olan türkiyəli tanınmış aşpaz Nüsret Gökçe ilə bağlı tədbir görəcək.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ali futbol qurumundan "New York Times" nəşrinin sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, artıq məsələ ilə bağlı araşdırma aparılıb və bəzi şəxslərin mükafatlandırma mərasimində meydana icazəsiz girdiyi bəlli olub.
Qeyd edək ki, finalda Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya kubokunu qazanıb.