AZ   |   RU
Azərbaycan və Türkiyə tikinti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərində qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. Görüş əvvəlcə təkbətək, sonra geniş tərkibdə keçirilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.

Görüşdə iki ölkə arasında uğurla davam edən strateji müttəfiqlik münasibətlərindən məmnunluq ifadə edilib, bu münasibətlər çərçivəsində iki nazirlik arasında tikintidə təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb.

Həmçinin, görüşdə iki qurum arasında tikintidə qiymətqoyma və nəzarət, tikintinin keyfiyyət və təhlükəsizliyinin artırılması və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.


  • 22-12-2022, 19:03