ABŞ-dan sonra Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya, Fransa və Almaniyaya səfər edə bilər.
Missiya.Az bu barədə “Report”a istinadən xəbər verir.
ABŞ prezidenti Cozef Bayden Zelenski ilə yerli vaxtla saat 14:00-da Ağ Evdə görüşəcək, bundan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Spiker Nensi Pelosinin ofisi bildirib ki, Zelenski daha sonra yerli vaxtla saat 19:30-da Konqresin birgə iclasında çıxış edəcək.
Xatırladaq ki, Zelenskinin artıq Amerikaya rəsmi səfəri başlayıb.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.