Müttəfiqlər Ukraynaya kömək etməkdən imtina edərlərsə, Rusiya planlaşdırıldığı kimi qalib gələcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məqalə yazıb.
“Əgər Kiyevə əks tədbirlər üçün vəsait verilməsə, onun müttəfiqləri Ukraynanın məğlubiyyətini yaxınlaşdıracaq. Belə olan halda Qərbdə çaşqınlıq yaranacaq və Rusiya planlaşdırıldığı kimi qalib gələcək”, - deyə yazıda bildirib.
“ABŞ və Aİ ölkələri Rusiyanın fevralın 24-də xüsusi əməliyyata başlamasından sonra Kiyevə dəstək verməyə başlayıb”, - deyə yazıda vurğulanıb.
Qeyd olunub ki, ABŞ isə öz növbəsində gələn il Ukraynaya 47 milyard dollar ayırmağa hazırdır.
Daşqın Həsənov
Missiya.Az