Azərbaycan ordusunun mövqelərini Kəlbəcər rayonu istiqamətindən keçmiş Ağdərə rayona tərəf irəli çəkdiyi barədə xəbərlər yayılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın ictimai faəlları və nüfuzlu “Teleqram” kanalları iddia irəli sürüb.
Erməni ictimai fəallar iddia edirlər ki, Azərbaycan Silahlı qüvvələri Kəlbəcər istiqamətindən Ağdərəyə doğru mövqeləri irəli çəkirlər. İstiqamət Çərəkdar və Həsənriz (Aterk) göstərilir.
“Mediaport” teleqram kanalı isə Azərbaycan əsgərlərinin Çərəkdar kəndinə daxil olduqlarını və gətirdikləri şirniyyatlarla çay içdiklərini iddia edir.
Qeyd edək ki, bir müddət əvvəl Ağdərə bölgəsindəki Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçdiyi barədə xəbərlər yayılmışdı. Belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan “Aparaj” nəşrinə açıqlamasında çıxış etmişdi. O bildirmişdi ki, azərbaycanlılar gecə saatlarında Sırxavənd istiqamətində 370 m irəliləyib.
Elvin
Missiya.Az