AZ   |   RU
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul etdi - Moskva ağır qadağalarla üz-üzə - QARA SİYAHI

Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiya paketini qəbul edib.

Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Paketə yeni iqtisadi məhdudiyyətlər, həmçinin 200-ə yaxın şəxs və təşkilata qarşı sanksiyalar daxildir. Budəfəki "qara siyahıya, baş nazirin müavini Tatyana Qolikova, Rusiya Qvardiyasının komandanı Viktor Zolotov, mədəniyyət naziri Olqa Lyubimova, təhsil naziri Sergey Kravtsov, elm və təhsil naziri Valeri Falkov, əmək naziri Anton Kotyakov, fövqəladə hallar naziri Aleksandr Kurenkov və ədliyyə naziri Konstantin Çuyçenko daxil edilib.

Aİ mədəniyyət xadimləri Nikita Mixalkov, Qriqori Leps, Marina Kim, Boris Korçevnikov, Dmitri Puçkova qarşı da sanksiyalar tətbiq edib. Siyahılara daxil olan şəxslərin Avropa ərazisindəki aktivləri dondurulacaq, onların Avropa İttifaqına səfərləri qadağan ediləcək.

Sanksiyalar həmçinin Rusiyanın bütün parlament partiyalarına, Silahlı Qüvvələrə, Hərbi Dəniz Qüvvələrinə, Aerokosmik Qüvvələrə və Quru Qoşunlarına qarşı da tətbiq edilib.

Elcan
Missiya.Az


  • 16-12-2022, 23:55